Qanunsuz fəaliyyət göstərən iaşə obyektlərinin fəaliyyəti dayandırılıb 

21:13 30.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qəbələ Rayon İcra Hakimiyyətinin və müvafiq qurumların əməkdaşları rayon ərazisində qanunsuz fəaliyyət göstərən iaşə obyektlərinin aşkar edilməsi məqsədilə birgə baxış-reydlər keçiriblər.

Hafta.az bildirir ki, bu barədə rayon icra hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, icra strukturu və müvafiq idarələrin nümayəndələri ilə birlikdə şəhər ərazisində qanunsuz fəaliyyət göstərən iaşə obyektlərinin fəaliyyətinin qarşısı alınıb.

Rayon icra hakimiyyəti sakinlərin diqqətinə çatdırır ki, şəxsi mülkiyyətlərində olmayan torpaq sahələrində özbaşına tikinti işlərinin aparılması, torpaq sahələrinin zəbt olunaraq hasarlanması və müxtəlif məqsədlər üçün istifadəsi yolverilməzdir. Belə hallar aşkar edildiyi təqdirdə, həmin obyektlərin fəaliyyəti dərhal dayandırılacaq.